PE 100 boruları
PE 100 polietilen boruları plastik boru istehsalında yeni mәrhәlәnin başlanğıcı hesab olunur. Bu borular yüksәk tәzyiqә davamlılığı ilә fәrqlәnir vә PE 63, PE 80 markalı polietilendәn hazırlanan borular ilә müqayisәdә daha az divar qalınlığına vә daha üstün mexaniki xüsusiyyәtlәrә malikdirlәr.
Boru sisteminin istiqamәtinin dәyişdiyi yerlәrdә: döngә vә ayırıcılarda, elәcә dә boru kәmәrinin diametrinin dәyişdiyi yerlәrdә boruların birlәşdirilmәsi vә quraşdırılması üçün nәzәrdә tutulan qaynaq fitinqlәri dә mövcuddur.







